RU

Avropa İttifaqı ilə Azərbaycanın media əməkdaşlığı müzakirə olundu

Azərbaycanın Rumıniyadakı səfirliyində Avropa Parlamentinin deputatı Kristian Terheşlə görüş keçirilib.

Görüşdə Audiovizual Şuranın sədri İsmət Səttarov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov iştirak ediblər.

Publika.az xəbər verir ki, söhbət zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında informasiya, kommunikasiya və media sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də regionda informasiya təhlükəsizliyinin təmin olunması məsələləri müzakirə olunub.

Kristian Terheş qeyd edib ki, Avropa Parlamenti Cənubi Qafqaz regionunda sülhün möhkəmlənməsinə və dialoqun təşviqinə böyük önəm verir. O, Azərbaycanın müasir informasiya siyasətini, medianın müstəqilliyinin və rəqəmsal transformasiyanın dəstəklənməsini yüksək qiymətləndirib.

Görüşdə, həmçinin sülhün bərqərar olmasından sonra Azərbaycanın regiondakı aparıcı rolu müzakirə edilib. Avropa Parlamentinin deputatı avqustun 8-də Vaşinqtonda ABŞ-ın iştirakı ilə Azərbaycanla Ermənistan arasında imzalanan Birgə Bəyannaməni yüksək qiymətləndirib. Tərəflər bu sənədi Cənubi Qafqazda əməkdaşlığın möhkəmlənməsi istiqamətində mühüm addım kimi dəyərləndiriblər.

Избранный
16
17
publika.az

10Источники