RU

Ötən gün cinayət törətmək şübhəli bilinən 37 nəfər saxlanılıb

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, noyabrın 3-də ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 29 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Axtarışda olduğuna görə ümumilikdə 76, o cümlədən borclu şəxs qismində axtarışda olan 54 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.   

Narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 13 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 6 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib. 

N.Adilqızı
XQ

 

Избранный
34
7
xalqqazeti.az

10Источники