Bakı. Trend:
Keçmiş məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərinsosial müdafiəsinin təmin edilməsi məqsədilə növbəti ilin dövlətbüdcəsində 285 000 000 manat vəsait nəzərdətutulur.
Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında”qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, o cümlədən vahid aylıq müavinətin verilməsi üçün252 000 000 manat, kommunal xidmətlərin haqqınındövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi üçün 17 500000 manat, digər tədbirlər üçün isə 15 500000 manat vəsait nəzərdə tutulur.