RU

2026-cı ildə dövlət borcu üçün 2 milyard 457,6 milyon XƏRCLƏNƏCƏK

2026-cı ildə dövlət borcuna xidmət xərcləri 2 milyard 457,6 milyon manat olacaq.

Modern.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

2026-cı il üzrə dövlət büdcəsində dövlət borclarına xidmət üçün 2 milyard 457,6 milyon manat vəsait nəzərdə tutulur. Bu göstərici 2025-ci illə müqayisədə 58 milyon manat çoxdur.

Layihəyə əsasən, bu məbləğin 1 milyard 400 milyon manatı xarici dövlət borcuna xidmətə yönəldiləcək. Bunun 940 milyon manatı əsas borcun, 460 milyon manatı isə faiz borcunun ödənilməsi üçün xərclənəcək.

1 milyard 57,6 milyon manat isə daxili dövlət borcuna xidmətə ayrılacaq. Bu vəsaitin 137 milyon manatı əsas borcun, 920,6 milyon manatı isə faiz borcunun ödənilməsinə sərf ediləcək.

Məlumata əsasən, 2025-ci ilin sonu və 2026-cı il ərzində dövlət istiqrazları portfeli üzrə vaxtı çatacaq əsas borc ödənişlərinin təkrar maliyyələşdirilməsi, həmçinin büdcə kəsirinin borcalma hesabına bağlanması planlaşdırıldığı üçün, növbəti ildə dövlət istiqrazları üzrə faiz xərclərinin artacağı gözlənilir.

Избранный
3
2
modern.az

3Источники