Bakı. Trend:
Ali təhsildə əlçatanlığın və keyfiyyətin artırılması, beynəlxalqrəqabətliliyin təmin edilməsi üçün keyfiyyəti ilə seçilən və yaprioritet ixtisaslarda SABAH proqramları üzrə tədrisin təşkili(yeni tədbir) ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədilə2026-cı il üçün 15,0 milyon manat vəsait proqnozlaşdırılıb.
Trend-in məlumatına görə, bu məsələ MilliMəclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsininbugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksinitapıb.
Bildirilib ki, bu 2025-ci illə müqayisədə 1,5 dəfə çoxdur.