RU

2030-cu ilə kimi dövlət şirkətlərinin büdcəyə dividend ödənişləri üzrə proqnoz azaldılıb

2030-cu ilə qədər səhmlərində dövlətin payı olan müəssisələrdən dövlət büdcəsinə dividend ödənişlərinin 447 milyon manata enəcəyi proqnozlaşdırılır.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, 2026-cı ildə səhmlərində dövlətin payı olan müəssisələrdən dövlət büdcəsinə dividend daxilolmaları 600 milyon manat məbləğində proqnozlaşdırılır. Bu, 2025-ci ilin proqnozu ilə müqayisədə 12,2 milyon manat və ya 2 faiz azdır.

Orta müddətli dövrdə bu göstəricinin azalma tendensiyasını davam etdirəcəyi gözlənilir. Proqnozlara əsasən, 2027-ci ildə dividendlər üzrə daxilolmalar 584 milyon manat, 2028-ci ildə 569 milyon manat, 2029-cu ildə isə 447,1 milyon manat səviyyəsində olacaq. Başqa sözlə, 2025-ci ilin proqnozlaşdırılan dividend daxilolmaları ilə müqayisədə 2029-cu ildə bu göstərici 165 milyon manat və ya təxminən 27% azalacaq.

Избранный
32
2
marja.az

3Источники