"Regional kommunikasiyalar açıldıqdan sonra Rusiya Azərbaycan ərazisindən istifadə etməklə Ermənistana dəmir yolu ilə yük daşımaları həyata keçirə biləcək".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda açıqlama verib.
“Hazırda Rusiyanın Azərbaycan üzərindən Ermənistana dəmir yolu nəqliyyatını təmin etmək imkanları ilə bağlı müzakirələr aparılır”, - deyə Paşinyan bildirib.