RU

Gürcü deputat: “2030-cu ilə qədər Aİ-də vəziyyət radikal şəkildə dəyişəcəyinə inanırıq”- ÖZƏL

"Gürcü Arzusu" fraksiyasının deputatı Levan Maçavariani Avropa İttifaqı ilə münasibətlər və 2024-cü il parlament seçkiləri ilə bağlı açıqlama verib. O bildirib ki, 2030-cu ilə kimi,  Aİ-nin genişlənmə dövrünə qədər qurum daxilində vəziyyətin "kökündən dəyişəcəyinə" ümid edirlər.  Olaylar.az xəbər verir ki, deputatın sözlərinə görə, Aİ-də hazırkı mövqelər "səhv yanaşmaların nəticəsidir" və zaman keçdikcə qurum yenidən o dəyərlərə qayıdacaq ki, Gürcüstan da məhz həmin dəyərlərə görə Avropaya inteqrasiya etməyə çalışır: "Biz inanırıq ki, necə ki ABŞ-da sağlam düşüncə qalib gəldi, eyni proses 5 il ərzində Aİ-də də baş verəcək və Avropa sağlam məntiqə qayıdacaq."
Maçavariani bildirib ki, Aİ rəsmiləri hələ də Gürcüstanda həbsdə olan bəzi müxalif liderləri "siyasi məhbus" adlandırır, 2024-cü il parlament seçkilərinin nəticələrini tanımaqda tərəddüd edir və "Gürcüstanın suverenliyinə yetərincə hörmət göstərmir". Deputata görə, bu yanaşmalar dəyişmədiyi müddətdə münasibətlər də hazırkı şəkildə davam edəcək. O vurğulayıb ki, 2024-cü il seçkiləri tam legitim olub və bunu ATƏT/DTİHB-in hesabatı da təsdiqləyib, lakin "bəzi avro­bürokratlar" bu sənədi nəzərə almaq istəmirlər: "Onlar 'Gürcü Arzusu' haqqında tənqidi açıqlamalar verirlər, amma fakt göstərmirlər. Bizim legitimliyimizin mənbəyi gürcü xalqıdır."
Deputat sonda qeyd edib ki, 2030-cu ilə qədər Avropa İttifaqında siyasi vəziyyətin dəyişəcəyinə inanırlar və Gürcüstanın Aİ-yə inteqrasiya yolunda daha əlverişli şərait yaranacağını gözləyirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
41
olaylar.az

1Источники