Maçavariani bildirib ki, Aİ rəsmiləri hələ də Gürcüstanda həbsdə olan bəzi müxalif liderləri "siyasi məhbus" adlandırır, 2024-cü il parlament seçkilərinin nəticələrini tanımaqda tərəddüd edir və "Gürcüstanın suverenliyinə yetərincə hörmət göstərmir". Deputata görə, bu yanaşmalar dəyişmədiyi müddətdə münasibətlər də hazırkı şəkildə davam edəcək. O vurğulayıb ki, 2024-cü il seçkiləri tam legitim olub və bunu ATƏT/DTİHB-in hesabatı da təsdiqləyib, lakin "bəzi avrobürokratlar" bu sənədi nəzərə almaq istəmirlər: "Onlar 'Gürcü Arzusu' haqqında tənqidi açıqlamalar verirlər, amma fakt göstərmirlər. Bizim legitimliyimizin mənbəyi gürcü xalqıdır."
Deputat sonda qeyd edib ki, 2030-cu ilə qədər Avropa İttifaqında siyasi vəziyyətin dəyişəcəyinə inanırlar və Gürcüstanın Aİ-yə inteqrasiya yolunda daha əlverişli şərait yaranacağını gözləyirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31