Bakıda fəaliyyət göstərən “Park Dedeman” oteli müsadirə olunub.
KONKRET.az teleqraf-a istinadla xəbər verir ki, otel dövlət hərracında satılacaq.
Maraqlıdır ki, satışa otelin ikinci mərtbəsi və zirzəmisi çıxarılıb. Bu isə ümumilikdə 1745.5 kv.m deməkdir.
Satışa çıxarılan hissənin ilkin bazar qiyməti 3 milyon 140 min manatdır.
Qeyd edək ki, sözügedən otel Bakının Səbail rayonu ərazisində yerləşir. Otelin 95 otağı mövcuddur.