RU

İsrail vətəndaşını öldürənlər EDAM OLUNACAQLAR

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İsrail Knessetinin Milli Təhlükəsizlik Komitəsi terrorçulara ölüm cəzası tətbiq edən qanun layihəsini birinci oxunuşda təsdiqləyib. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti bildirib.

Bəyanatda deyilir: 

"Milli Təhlükəsizlik Komitəsi terrorçulara ölüm cəzası tətbiq edən qanun layihəsini birinci oxunuşda təsdiqləyib". Knesset qanun layihəsini 1 mart 2023-cü ildə ilkin oxunuşda təsdiqləyib. Qanun layihəsi hökumət koalisiyasının üzvü olan ifrat sağçı Yəhudi Gücü Partiyasının üzvü Limor Son Har-Meleh tərəfindən təqdim edilib. 

"The Jerusalem Post" qəzetinin məlumatına görə, qanun layihəsində qəsdən və ya ehtiyatsızlıqdan İsrail vətəndaşının ölümünə səbəb olan, irqçi motivlərlə və ya müəyyən bir qrupa qarşı nifrət üzündən törədilən hər kəsə ölüm cəzası təklif olunur.

"The Times of Israel" qəzetinin məlumatına görə, Knesset terrorçulara ölüm cəzası tətbiq edən qanun layihəsini ilk oxunuşda 5 noyabr tarixindən etibarən nəzərdən keçirə bilər.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
13
2
cebheinfo.az

3Источники