Misli Premyer Liqasında 10 tur geridə qalıb. Keçirilən 59 oyunda ("Sabah" - "Qarabağ" görüşü təxirə salınıb) 14 baş hakim iş başında olub.
Fanat.Az-ın hesablamasına görə, son turda Tural Qurbanov, Rəvan Həmzəzadə, Fərid Hacıyev, Cavid Cəlilov, Kamranbəy Rəhimov və Əli Əliyev iş başında olublar.
Hacıyevlə Cəlilov cari mövsümdə altıncı dəfə komandaları baş hakim kimi meydana çıxarıb ki, beləliklə, onlar idarə etdikləri oyun sayına görə Əliyar Ağayevlə şərikli liderliyə yiyələniblər. Elçin Məsiyev, Kamal Umudlu, Rəvan Həmzəzadə və Tural Qurbanovun isə hesabında 5 oyun var. On turda yalnız Nicat İsmayıllı hamıdan az - cəmi 1 dəfə iş başında olub.
Onuncu turda hakimlər cəmi 24 sarı vərəqədən istifadə ediblər. Son turda "qırmızı" alan olmayıb. Hakimlər 24 vərəqədən 14-nü meydan sahiblərinin, 110-nu qonaq komandanın oyunçularına göstəriblər.
Beləliklə, 10 turun yekununda bu rəqəmlər müvafiq olaraq "229" və "7" olub. Nəticədə ümumi vərəqə sayı 236-yə çatıb. Bu da hər oyuna orta hesabla 4 vərəqə deməkdir.
On tur ərzində FİFA referisi Əliyar Ağayev o birilərdən çox əlini cibinə atıb. O, 28 vərəqədən istifadə edib ki, bunun 3-nün rəngi qırmızı olub. Onu hərəyə 23 vərəqə ilə digər FİFA referiləri Elçin Məsiyev ilə Kamal Umudlu təqib edir. Sadəcə, Umudlu 10 turda 2 futbolçunu meydandan qovub. Ümumiyyətlə, 10 turda 4 hakim (Əliyar Ağayev - 3, Kamal Umudlu - 2, Rauf Cabarov - 1, Tural Qurbanov - 1) 7 futbolçunu meydandan qovub.
Əliyar Ağayev - 6 oyun
meydan sahibi 11 sarı 3 qırmızı
qonaqlar 14 0
cəmi: 25 3
Fərid Hacıyev - 6 oyun
meydan sahibi 16 0
qonaqlar 6 0
cəmi: 22 0
Cavid Cəlilov - 6 oyun
meydan sahibi 9 0
qonaqlar 12 0
cəmi: 21 0
Kamal Umudlu - 5 oyun
meydan sahibi 11 2
qonaqlar 10 0
cəmi: 21 2
Elçin Məsiyev - 5 oyun
meydan sahibi 11 0
qonaqlar 12 0
cəmi: 23 0
Rəvan Həmzəzadə - 5 oyun
meydan sahibi 9 0
qonaqlar 10 0
cəmi: 19 0
Tural Qurbanov - 5 oyun
meydan sahibi 8 1
qonaqlar 9 0
cəmi: 17 1
Rəşad Əhmədov - 4 oyun
meydan sahibi 7 0
qonaqlar 14 0
cəmi: 21 0
İnqilab Məmmədov - 4 oyun
meydan sahibi 6 0
qonaqlar 11 0
cəmi: 17 0
Rauf Cabarov - 4 oyun
meydan sahibi 4 0
qonaqlar 5 1
cəmi 9 1
Əli Əliyev - 3 oyun
meydan sahibi 5 0
qonaqlar 6 0
cəmi: 11 0
Kamranbəy Rəhimov - 3 oyun
meydan sahibi 5 0
qonaqlar 6 0
cəmi: 11 0
Elvin Bayramov - 2 oyun
meydan sahibi 6 0
qonaqlar 1 0
cəmi: 7 0
Nicat İsmayıllı - 1 oyun
meydan sahibi 2 0
qonaqlar 3 0
cəmi: 5 0
Mirağa