RU

Mikayıl Cabbarov ekspertlərdən şikayətləndi

“Nağdsız əməliyyatların stimullaşdırılması və əhatəsinin genişləndirilməsi məqsədilə belə əməliyyatlar üzrə ictimai-iaşə sektoruna vergi güzəştlərinin verilməsi və dərəcələrin azaldılması, habelə əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyat tədbirinin 200 min manatdan 400 min manatadək artırılması təklif olunur”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadiyyat siyasət, sənayə və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. 

"Bu məqama xüsusi ilə diqqət yetirməyinizi xahiş edirəm. Çünki biz son həftələrdə müşahidə edirik ki, bu barədə mediada özlərini müstəqil ekspert kimi adlandıran iqtisadçılar tərəfindən bəzən çaşdırıcı məlumatlar təqdim olunur” – deyə nazir bildirib.

Избранный
26
modern.az

1Источники