
“Amazon”un bulud xidməti olan “Amazon Web Services” (AWS) Amerikanın “OpenAI” şirkəti ilə 38 milyard dollarlıq müqavilə imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “Amazon”un rəsmi saytındakı press-relizdə öz əksini tapıb.
Müqaviləyə əsasən “OpenAI” “Amazon”un “Nvidia” çiplərinə çıxışını təmin edəcək.
Sənəd yeddi il müddətinə qüvvədə olacaq və növbəti yeddi il ərzində onun qiyməti artacaq.