Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bakı, 4 noyabr, AZƏRTAC
Bu həftə Misli Premyer Liqasında Azərbaycan derbisi baş tutacaq.
Peşəkar Futbol Liqasından AZƏRTAC-a verilən məlumata görə, indiyədək 18 dəfə “Neftçi”, 14 dəfə “Qarabağ” mövsümün ilk derbisinə ev sahibliyi edib.
Komandaların ilk dövrə oyunlarında “Qarabağ” üstündür – 12 qələbə, 12 heç-heçə, 8 məğlubiyyət, top fərqi 35-25.
İlk dövrə matçı “Qarabağ”ın meydanında keçiriləndə ev sahibləri 8 qələbə qazanıb, 4 heç-heçə edib, 2 dəfə uduzub, top fərqi 22-12 olub.
İlk dövrə görüşü “Neftçi”nin meydanında keçiriləndə ev sahibləri 6 qələbə, qazanıb, 8 heç-heçə edib, 4 dəfə uduzub, top fərqi 13-13 olub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.