RU

Tramp Nyu-York meri seçkilərində sabiq qubernatora səs verməyə çağırıb

Bakı, 4 noyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Nyu-York seçicilərini mer seçkilərində sabiq qubernator, müstəqil demokrat namizəd Endryu Kyomoya səs verməyə çağırıb.

AZƏRTAC xəbər verir ki Tramp bu çağırışı “Truth Social” sosial şəbəkəsində edib. “Endryu Kyomonu bəyənsəniz də, bəyənməsəniz də, başqa seçiminiz yoxdur. Ona səs verməlisiniz və ümid edirəm ki, o, özünü əla göstərəcək”, - deyə prezident bildirib.

CBS telekanalında bazar günü yayımlanan müsahibəsində Tramp deyib: "Mən heç bir halda Kyomo fanatı deyiləm, amma pis demokrat və kommunist arasında seçim etməli olsam, vicdanla deyirəm ki, həmişə pis demokratı seçərəm”.

Donald Trump favorit namizəd, 34 yaşlı demokrat-sosialist Zohran Mamdanini kommunist adlandırıb və bir daha qeyd edib ki, o, seçkidə qalib gələrsə, “ən zəruri minimum istisna olmaqla” şəhərin federal maliyyələşməsini dayandıracaq.

Qeyd edək ki, Mamdani İsrail siyasətinin kəskin tənqidçisidir və əgər mer seçilərsə, Nyu-Yorka səfər edəcəyi təqdirdə Benyamin Netanyahunu həbs edəcəyinə söz verib. O, həmçinin mənzil kirayəsinin məhdudlaşdırılması, ucuz mağazaların yaradılması və avtobusda gedişin pulsuz olmasının tərəfdarıdır.

Избранный
51
19
azertag.az

10Источники