RU

Taleh Kazımov: İlin əvvəlindən rezidentlərin dollarlaşması 1,6 faiz bəndi azalıb

BAKI, 4 noyabr. TELEQRAF

Tədiyyə balansının cari əməliyyatlar hesabının profitsitli olaraq qalması valyuta bazarının tarazlılığını dəstəkliyən başlıca amil olub.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib

Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi ilin əvvəlindən 1,6% bəndi azalıb və 29% səviyyəsində formalaşıb. Onu da xatırladım ki, 2021-ci ilin sonunda bu göstərici 40,6% təşkil etmişdi.

Избранный
58
teleqraf.com

1Источники