RU

Qeyri-neft gəlirlərinin hesablanması ilə bağlı tələblərin dəqiqləşdirilməsi təklif olunur

Qeyri-neft gəlirlərinin hesablanması ilə bağlı tələblərin dəqiqləşdirilməsi təklif olunur, pensiya təminatı sisteminin formalaşdırılması ilə bağlı çağırışlar isə fiskal risklər sayılır.

APA xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, qeyri-neft gəlirlərinin proqnozlaşdırılmış məbləğindən büdcə qaydasının müvafiq göstəricisi ilə yanaşı, həm də büdcə xərclərinin dayanıqlı gəlir mənbələri ilə təminatının müəyyən edilməsi zamanı istifadə olunur.

Vüqar Gülməmmədov bildirib ki, müsbət haldır ki, ilk dəfə olaraq, İzahatda cari xərclərin qeyri neft-qaz gəlirləri ilə təminatı üzrə ortamüddətli proqnozlar təqdim edilib: “Qeyri-neft gəlirlərinin hesablanması ilə bağlı beynəlxalq təcrübədə istifadə edilən metodoloji tələblər əsasında “Büdcə sistemi haqqında” qanunun analoji tələblərini dəqiqləşdirməliyik”.

Hesablama Palatasının sədri qeyd edib ki, qanun layihəsinə dair izahatda fiskal risk kimi qiymətləndirilən amillərin tərkibi genişləndirilib, əvvəlki ildən fərqli olaraq, xarici iqtisadi mühit və ticarət tarifləri, eləcə də dayanıqlı pensiya təminatı sisteminin formalaşdırılması ilə bağlı çağırışlar da fiskal risklər olaraq göstərilib: “Biz bu riskləri bölüşürük, eyni zamanda digər riskləri rəydə göstərmişik”.

Избранный
33
1
apa.az

2Источники