RU

Seyran Səxavət niyə birdən birə Xanlarov oldu? Özü danışdı

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Seyran Səxavət “Facebook” sosial şəbəkəsində öz hesabında ad dəyişikliyi edib. 

Görkəmli yazıçı, şair, nasir, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Nizami Gəncəvi mükafatının sahibi “Seyran Səxavət” olaraq tanındığı profil adını dəyişərək “Seyran Xanlarov” edib. Onun bu addımı sosial mediada müzakirələrə səbəb olub. İzləyicilər onu uzun illər “Seyran Səxavət” kimi tanıdıqlarını və ad dəyişikliyinin səbəbini anlamadıqlarını deyirlər.

Məsələ ilə bağlı “Cebheinfo.az”-ın əməkdaşı yazıçı Seyran Səxavətlə əlaqə saxlayıb.

O bildirib ki, bu bir texniki yanlışlıqdır:

“Adı mən özüm dəyişməmişəm. Mənim əvəzimə kimsə bunu yaradıb. Niyə o cür ediblər, bilmirəm. Adımı dəyişib “Seyran Xanlarov” yazıblar. Dünən Sayman Aruzdan xahiş etdim ki, heç olmasa mötərizədə “Seyran Səxavət” qeyd etsin.

O isə dedi ki, “Seyran Xanlarov”u dəyişmək olmur. Dedim, onda bir yol fikirləş. Yəni məsələ belə olub. Mən dəyişməmişəm. Özümün başım çıxsaydı nə vardı ki, çoxdan həll edərdim. “Facebook”un qaydalarına görə bir müddət ad dəyişmək olmaz”.

Əfsanə Rəcəb

“Cehbeinfo.az”

Açar sözlər:

Seyran Səxavət Xanlarov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
48
1
cebheinfo.az

2Источники