RU

Mikayıl Cabbarov: İqtisadi artım tempi zəifləsə də, makroiqtisadi sabitlik təmin edilib

Qaynarinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Cari ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə neft-qaz sektorunda yaradılmış əlavə dəyərin 1,9% azalmasına baxmayaraq, qeyri-neft-qaz sektorunda iqtisadi artımın 2,9% təşkil etməsi nəticəsində ümumi iqtisadi artım 1,3% təşkil etmişdir.

Qaynarinfo xəbər verir ki bunu büdcə müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi artım tempi zəifləsə də, ümumilikdə makroiqtisadi sabitlik təmin edilmiş və  dövlət büdcəsinin fiskal daxilolmaları proqnozdan artıq icra edilmişdir:

"Büdcə xərclərinin icrasının ölkədə iqtisadi artıma təsirini nəzərə alaraq qeyd edə bilərik ki, ilin sonunadək büdcə xərclərinin tam icrası (9 ayda 60% icra) iqtisadi artımın sürətinə müsbət təsir edəcəkdir".

Nəhayət qeyd edilməlidir ki, hazırda ölkədə iqtisadiyyatın şaxələnməsinə yönəlmiş dərin islahatlar həyata keçirilir ki, bu islahatların da iqtisadi artıma təsiri müəyyən müddətdən sonra hiss olunacaqdır. O cümlədən, Orta Dəhlizin tam işə düşməsi orta və uzun müddətli dövrdə iqtisadi artımın sürətlənməsində permanent amillərdən biri olacaq.

Bu şəraitdə cari ilin 9 ayında qeyri-neft-qaz sektorunda ÜDM-in sahələri üzrə əlavə dəyər qeyri-neft-qaz sənayesində və tikinti sektorunda 5,0%, turizm və ictimai iaşədə 9,3%, informasiya və rabitədə 6,7%, ticarətdə 3,2%, nəqliyyat sektorunda isə 2,1% artmışdır.- deyə nazir vurğulayıb.

Qafqaz Rafiqoğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
16
1
qaynarinfo.az

2Источники