RU

Milli Akademik Dövlət təbriki - Jalə Mütəllimova yazır

... BAYRAMINIZ MÜBARƏK, MİLLİ ALİMLƏR...

Sovetlər dönəmində, alimlər ocağı adı altında, postsovet ölkələrində yaradılan elm akademiyalarının alt missiyası haqda sosial mediada yetərincə məlumatlar var… Odur ki, bu yazıda həmin mövzuya girib, diqqəti əsas hədəfdən yayındırmağa ehtiyac yoxdur… Yəni, birbaşa mətləbə keçək, dünən Azərbaycan Prezidenti İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirində iştirakına və oradakı çıxışına…

…Adının önünə “MİLLİ” sözü yazılan vətəndaşlar, bütün sahələrdə ollduğu kimi bu elm və alimlər ocağında da var. Və hər yerdə olduğu kimi, onlar da hər zaman adlarının önündəki “MİLLİ” sözünə yaranan qıcıqlardan, buna görə çəkdikləri əziyyətlərdən mənəvi olaraq yorulublar. Amma çox qəribədir, MİLLİ İNSANIN yorğunam, dözə bilmirəm deyə, öz-özün təəssüfünü pıçıldadığı anda, DÖVLƏT ƏLİNİ kürəyində hiss edir. Bu mənada, AMEA-nın 80 iilik yubiley tədbirinə, Azərbaycan Prezidenti İlham Əliyevin gəlişi həmişəkindən fərqli və məhz həmin DÖVLƏT ƏLİ İDİ. Prezidentin tribunadan Azərbaycanın milli bayramları-ZƏFƏR GÜNÜ və BAYRAQ GÜNÜ münasibəti ilə təbriki isə on il əvvəl eyni kürsüdən “diqqətimiz hər zaman akademiyanın və Azərbaycan elminin üzərindədir” xəbərdarlığının davamına olan yekun NİDAsı oldu. Başqa sözlə, AMEA da, ictimaiət də, azərbaycanlı alimlərə bu ilki təbriki düz 80 ildir gözləyirdi. Və…bundan sonra Azərbaycan alimləri,

-Ölkənin uğurlu inkişafına öz töhfələrini verəcək;

-Texnoloji inkişafa dəstək olacaq;

Çünki,

-Texnoloji, elmi inkişaf dövlətlərin və millətlərin gələcəyini təmin edir;

-Rəqəmsallaşma, kibertəhlükəsizliklə, süni intellectin inkişafı Azərbaycanın gələcəyə yönəlik hədəflərindəndir;

*Azərbaycan gələcəyin mühim dövlətlərindəndir. Odur ki, digər orta və ail təhsil ocaqları kimi AMEA-nın da milli öhtəlikləri var:

- Milli ruhda formalaşmış, dünya getişatı və elmindən xəbərdar kadrların yetişdirmək;

-Hər bir ölkənin fiziki təhlükəsizliyinin keşiyində durmaq yönündə addımların atılmasına, KİBERVƏTƏN siyasətinə öz tövhələrini vermək;

-Həm dövlət, həm Azərbaycanın elm ictimaiyyəti bu yöndə birgə çalışacaq.

Dövlət başçısı, özü üçün də AMEA ilə bnağlı prioritetləri açıqladı. Prezidentin çıxışında:

-Dövlət qurumlarına rəqəmsallaşma, kibertəhlükəsizliklə, süni intellectin inkişafı ilə bağlı Azərbaycan alimləri ilə daha fəal işləmək tövsiyyə olundu;

-Azərbaycana qarşı kiberhücumlar təşkil edənlərin cəzasız qalmayacaqları bildirildi;

- Pilotsuz uçuş aparatlarını müharibədə birinci Azərbaycanın tətbiqi önə çəkildi, bu yöndə inkişafı zəruri hesab edildi;

-Azərbaycan dilinin qorumasının milli təhlükəsizlik məsələsi olduğunu xüsusi vurğulandı;

-Milli kimliyimizin sarsılması yönündə hər hansı addımın bağışlanmayacağı haqda ismarıc verildi;

-Qarabağ və Şərqi Zəngəzur qələbəsinin Azərbaycan tarixi və gələcəyi üçün önəmini xüsusi qeyd olundu;

-Azərbaycan tarixinin bəzi mərhələlərinin yenidən tədqiqi və təbliği vacib hesab edildi;

-Azərbaycan xalqının yaşadığı böyük coğrafiyadan, bu coğrafiyadan kənarda yaşayan azərbaycanlıların diqqət mərkəzində saxlanılmasını lazım bildiyinə işarə olundu;

-İllər öncə Ermənistanda da azərbaycanlıların yaşadığını xatırladıldı, bu yaşayışın yenidən bərpa olunacağından əminlik ifadə olundu;

- Azərbaycan dili və tarixi ilə bağlı hər hansı təxribat xarakterli davranışların diqqətdə saxlanılmasını tövsiyyə olundu.

*Azərbaycan Prezidenti “Azərbaycan dilinin qoruyucuları bizik - müstəqil Azərbaycan dövləti. Biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Həm televiziyalarda, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında, biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər. Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu məsələ ilə bağlı məşğul olacağam, izləyəcəyəm, lazımi tədbirlər görəcəyəm”.

Əslində bu, Azərbaycan dilinin məişət dili səviyyəsinə endirilməsi prosesinin ciddi dairələrdən qaynaqlandığı haqda dövləti ismarıcdır. Və dövlətin bu məsələdə son dərəcə diqqətli olduğu haqda birinci şəxsin dərin məlumatlı olmasından xəbər verir.

*Yazının əvvəlində AMEA-nın, bu böyük elm, alim ocağının yubileyi münasibəti ilə əziyyəti keçmiş hər kəsə bir təbrik ünvanladım. 80 illik yubiley tədbirində dövlət başçısının çıxış mətni ilə tanışlıqdan sonar isə, özümü də təbrik edirəm. Çünki AMEA azad oldu. 80 yaşında ahıl QOCANIN yaxşı və MİLLİ ALİM nəsli yetişdirə bilməsi üçün dövlətin birinci şəxsi qətiyyətli fikirlər səsləndirdi, vədlər verdi, prosesə əl qoydu. Bu həm də o deməkdir ki, dünyanın çox populyar “bir milləti məhv etmək üçün onun elmini və təhsilini əlindən al” davranışı da Azərbaycanda iflasa uğrayacaq.

Jalə Mütəllimova

Избранный
43
1
missiya.az

2Источники