RU

Polşa “iqtisadi möcüzə”yə doğru gedir –İqtisadiyyat sürətlə yaxşılaşır

Polşa iqtisadiyyatı 2024-cü ildə təxminən 3% böyüyüb. Onunla müqayisədə Almaniyanın iqtisadiyyatı 0,2%, Fransanın iqtisadiyyatı 1,2%, Avropa İttifaqının ÜDM-i isə ümumilikdə cəmi 1% artıb.

AzPost bildirir ki, bu barədə dw.com saytının təhlilində deyilir.

İqtidaçılar Polşanın iqtisadi möcüzəyə doğru geməsindən danışrlar. Polşanın bu artım tempini bu il və gələn il qoruyacağı proqnozlaşdırılır. ÜDM baxımından ölkə dünyanın ən böyük 20 ölkəsinə yaxınlaşır.

“Erste Group” şirkətindən olan ekspert Katajina Rzentarjevskaya DW-yə bildirib ki, Polşa son iyirmi ildə mütləq üstün nəticələr göstərib. Real ÜDM ikiqat artıb. Bu, əlamətdar hadisədir.

“Polşa hakimiyyəti infrastrukturu əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq üçün Avropa Birliyinin maliyyələşdirməsindən səmərli istifadə edib. Onlar kommunist dövründə çiçəklənən korrupsiyanı tamamilə aradan qaldırıblar. Polşa çox əlverişli biznes mühiti yaratmağa nail olub. Bu ölkədə  ümumilikdə yaxşı təhsilli işçi qüvvəsi var. Polşa uğurlu AB inteqrasiyasının parlaq nümunəsidir”, – deyə Peterson Beynəlxalq İqtisadiyyat İnstitutundan Yakob Funk Kirkegaard DW-yə verdiyi müsahibədə izah edir.

Rzentarjevskaya qeyd edir ki, Polşanın ÜDM-də artım əsasən daxili bazarda özəl istehlakla idarə olunur. İşsizlik aşağıdır və real əmək haqqı artır. Bu, ölkəni xarici şoklardan nisbətən təcrid olunmuş edir: nisbətən qapalı iqtisadiyyatda istehlak yüksək olaraq qalır.
Kirkegaardın sözlərinə görə, digər Avropa ölkələri Polşadan çox şey öyrənə bilər. “Əgər Almaniyanın islahatları həyata keçirə bilmədiyini və Polşanın 20 il əvvəl AB-yə daxil olduğu kimi inkişaf etməyə davam etdiyini təsəvvür etsək, bu, nəticədə Almaniya kimi ölkələri geridə qoyacaq”, – deyə ekspert xəbərdarlıq edir.

AzPost.az

Избранный
12
1
azpost.info

2Источники