RU

AQTİ indi də kələğayı və qalstuk alır

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) növbəti tenderini yekunlaşdırıb.

Tribunainfo.az xəbər verir ki, qurum bu dəfə promo məhsulları satın alacaq.

Məlumatda deyilir ki, tenderin qalibi “MAX PRİNT” MMC olub. Promo məhsullarının alınması üçün tərəflər arasında 116 min 924 manatlıq müqavilə bağlanıb.

Qeyd edək ki, satın alınacaq məhsullar arasında diqqət çəkən bir neçə məqam var. Belə ki, AQTİ 15 ədəd kəlağayı və 20 ədəd qalstuk da almağı planlaşdırıb.

Güman ki, AQTİ ya hansısa tədbirə hazırlaşır və bu məhsulları hədiyyə olaraq verəcək. Ya da keçirilən görüşlərdə qonaqlara hədiyyə məqsədi ilə verməyi düşünür.

Fərda Uğur

Избранный
36
1
tribunainfo.az

2Источники