RU

"Fənərbaxça" ilə matçdan sonra "Beşiktaş"ın 4 futbolçusu zədələnib

Türkiyə Super Liqa təmsilçilərindən "Beşiktaş"ın 4 futbolçusu zədələnib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb:

"Fənərbaxça" ilə matçdan sonra bud nahiyəsində gərginlik hiss edən Emirhan Topçu, baldır nahiyəsində ağrı hiss edən Vaklav Cerny və Rafa Silva, sol dizində pes anserinus bursit diaqnozu qoyulan Necip Uysal komandanın bu gün keçirdiyi məşqdə iştirak etməyib.

Futbolçularımızın müalicə prosesləri həkim briqadamız tərəfindən davam etdirilir.

Bundan başqa, anasının xəstəliyi səbəbindən Braziliyaya getmək üçün məzuniyyətə çıxan Qabriel Paulista bugünkü məşqi buraxıb".

Qeyd edək ki, "Beşiktaş" Super Liqanın XI turunda "Fənərbaxça" ilə üz-üzə gəlib. Meydanda 10 nəfər qalan "ağ-qaralar" evdə "sarı-lacivərdli"lərə məğlub olublar - 3:2. 

"Beşiktaş" danimarkalı vingerlə danışıqlar aparır

Serbiyada baş məşqçi oyun zamanı vəfat edib

“Atalanta”nın hücumçusu “Qalatasaray”ın radarında

“Real”ın heyətində ciddi itki yaşanıb

"Qalatasaray"da ciddi itki - "Ayaks"la oyunu buraxacaq

Избранный
5
1
apasport.az

2Источники