Avropa İttifaqı Ukraynaya yardım proqramı çərçivəsində Ukraynaya 1,8 milyard avroluq yeni tranş ayırıb.
aia.az xəbər verir ki, bu barədə Aİ Şurası bəyanat yayıb.
“Maliyyələşdirmə ilk növbədə Ukraynanın makro-maliyyə sabitliyini gücləndirməyə və onun dövlət idarəçiliyinin davamlı fəaliyyətini dəstəkləməyə yönəlib”, - deyə məlumatda bildirilir. Beləliklə, 2022-ci ildən bəri Aİ ölkələri Ukraynaya təxminən 179,8 milyard avro yardım ayırıb.