RU

Sosial şəbəkələrdə saxta onlayn xarici dil kursu təşkil edən şəxs saxlanılıb » AzadMedia.az

Sosial

Sosial şəbəkələrdə endirimli onlayn xarici dil kursu təşkil edəcəyinə dair elan yerləşdirərək dələduzluq edən 27 yaşlı Azər İsmayılov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, A.İsmayılov təsisçisi olduğu "iamzerv academy"nin sosial şəbəkə hesabında real dəyərindən qat-qat aşağı qiymətə kurslar təşkil etdiyi ilə bağlı elan paylaşıb. Daha sonra zərərçəkənlər 50-600 manat aralığında pul vəsaitlərini şəxsin kartına köçürüblər. Saxlanılan şəxs pulları ələ keçirəndən sonra zərərçəkənlərlə əlaqəni kəsib.

Polis İdarəsində araşdırmalar davam etdirilir.

Избранный
22
37
azadmedia.az

10Источники