İranda neft emalı zavodunda böyük yanğın baş verib
Ajans.az İran KİV-lərinə istinadən xəbər verir ki,hadisə yerinə çoxsaylı yanğınsöndürənlər və xilasedicilər cəlb olunub. Zavod Cənnət Abad sənaye şəhərində yerləşir. Hazırda itkilər və xəsarət alanlar barədə məlumat yoxdur. Bildirilib ki, yanğının söndürülməsi üçün Semnan, Tehran və digər qonşu əyalətlərdən əlavə yanğınsöndürən qüvvələr, təcili yardım maşınları, polis və Fövqəladə Hallar xidmətləri hadisə yerinə göndərilib. İran Qızıl Aypara Cəmiyyətinin əməkdaşları da əməliyyata qoşulublar. Son məlumata görə, yanğının qarşısının alınması istiqamətində işlər davam edir. Yanğının dəqiq səbəbi mütəxəssislərin apardığı araşdırma başa çatdıqdan sonra müəyyən ediləcək.