RU

Biləsuvarda “Zəfərin ruhu” adlı sərgi açılıb

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Biləsuvar, 4 noyabr, İlkin Adıyev, AZƏRTAC

Azərbaycan xalqının şanlı tarixində əbədi iz qoymuş 44 günlük Vətən müharibəsində qazanılan Böyük Qələbənin beşinci ildönümü münasibətilə “Zəfər” musiqi və teatr festivalı çərçivəsində “Zəfərin ruhu” adlı foto və rəsm sərgisi açılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyinin və Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Azərbaycan Fotoqraflar Birliyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə Biləsuvar Rəsm Qalereyasında keçirilib.

Tədbirdə sənət adamları ilə yanaşı, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi irs şöbəsinin müdiri İntiqam Babayev də iştirak ediblər.

Mərasimdə rəşadətli Azərbaycan Ordusunun böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 44 gün müddətində qazandığı qələbədən, Zəfərin qazanılmasında qəhrəmanlarımızın şücaəti və Azərbaycan mədəniyyətinin Qarabağın bərpası prosesindəki rolu barədə danışılıb. Sonra festivalı çərçivəsində “Zəfərin ruhu” adlı foto və rəsm sərgisi nümayiş olunub.

Qeyd edək ki, sərgidə nümayiş olunan əsərlər Azərbaycan Ordusunun şücaətini, xalqımıza bəxş etdiyi əbədi Zəfər ruhunu, həmçinin işğaldan azad edilmiş torpaqlarımızda aparılan böyük quruculuq və dirçəliş prosesini, o cümlədən Qarabağ təbiətinin füsunkar gözəlliklərini rəssam və fotoqrafların gözü ilə əks etdirir.

Sərginin əsas məqsədi Qələbənin əhəmiyyətini, milli birliyi və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan Zəfərin tarixi dəyərini, azadlıq və mübarizə ideyalarını incəsənət vasitəsilə əks etdirmək, gənc nəsildə vətənpərvərlik duyğularını daha da gücləndirməkdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
70
azertag.az

1Источники