RU

Şəkərdən istifadə edilərək tikilmiş qədim yollar aşkarlanıb  

Tayvanda arxeoloqlar XIX əsrin birinci yarısına aid, tərkibində şəkər parçaları olan yol fraqmentləri aşkar ediblər. Tapıntı ilk dəfə dəmiryolu xətti inşası zamanı inşaatçılar tərəfindən üzə çıxarılıb. Sonradan aparılan arxeoloji tədqiqatlar göstərib ki, bu yol Tayvanın Tsin imperiyası (1644–1911) dövründə inşa edilən qədim yolların bir hissəsidir.

Yolun əsas tikinti materialı kimi gil məhlulundan istifadə olunsa da, boşluqlar müxtəlif maddələrlə — saxsı qırıntıları, kərpic parçaları və işlənməmiş qamış şəkəri ilə doldurulub. Alimlərin qənaətinə görə, yol tikən ustalar həmin dövrdə asanlıqla tapılan və yerli istehsal olan materiallardan yararlanıblar. Tarixi mənbələr də Tsin sülaləsi dövründə Tayvanda şəkər istehsalının yüksək səviyyədə olduğunu təsdiqləyir. Hətta o dövrün məmurları yaz aylarında yolların üzərindən qalxan “şəkər ətirli buxar” haqqında qeydlər də aparıblar.

Ülkər XASPOLADOVA,

 “Azərbaycan”

Избранный
37
azerbaijan-news.az

1Источники