RU

Aİ: Gürcüstanın Avropa İttifaqına qəbul prosesi faktiki olaraq dayandırılıb

BAKI, 4 noyabr. TELEQRAF

Gürcüstanın Avropa İttifaqına (Aİ)üzv qəbul prosesi 2024-cü ildən etibarən faktiki olaraq dayanıb və ölkə yalnız nominal namizəd statusunda qalır.

Teleqraf xəbər verir ki, bu barədə Aİ-nın genişlənmə ilə bağlı illik hesabatında qeyd olunub.

Sənəddə bildirilir ki, Aİ Şurasının 2024-cü ilin dekabr qərarı və Gürcüstanda müşahidə olunan geriləmə fonunda Avropa Komissiyası Gürcüstanı yalnız nominal namizəd ölkə kimi qiymətləndirir.

Hesabata əsasən, Tbilisinin Aİ standartlarına uyğunlaşma və islahatlar prosesində geri çəkilməsi üzvlük mexanizmini faktiki olaraq dondurub.

Избранный
32
teleqraf.com

1Источники