RU

“Pis hazırlaşmamışıq” Yenilənib

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabah Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunda “Çelsi”yə qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, o, əvvəlcə qarşılaşma barədə danışıb: “Böyük tarixi olan komandaya qarşı oynayacağıq. Bu cür oyunçuların Bakıya gəlməsi futbolumuz üçün böyük hadisədir. Pis hazırlaşmamışıq. Mübarizə aparacağıq. Ən azından elə oyun oynamaq istəyirik ki, azarkeşlər zövq alsın”.

***

Qurban Qurbanov həmçinin “qara bazar”da bilet satılması məsələsinə münasibət bildirib: “Bu məsələ ilə bağlı çox məlumatım yoxur. Sadəcə, bu, klubun diqqətindədir. Aidiyyəti orqanlar da məşğul olur, çox nəsə deyə bilmərəm”.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:45-də başlayacaq.

Elsevər Məmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
36
2
qafqazinfo.az

3Источники