RU

Bu ilin ilk doqquz ayında Yunanıstana 800 milyon kubmetr təbii qaz tədarük edilib

Energetika naziri Pərviz Şahbazov Yunanıstanın Azərbaycandakı diplomatik fəaliyyəti başa çatan fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistrias ilə görüşüb.

Bu barədə nazir “X” sosial şəbəkə hesabında yazıb.

Bildirilib ki, görüşdə neft-qaz və bərpaolunan enerji sahəsində əməkdaşlıq, həmçinin iki ölkə arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclası ilə bağlı məsələlər müzakirə olunub.

“Cənub Qaz Dəhlizinin Avropanın, o cümlədən Yunanıstanın enerji təhlükəsizliyinin təminində oynadığı rol yüksək qiymətləndirildi. Bu ilin ilk doqquz ayında Azərbaycandan Yunanıstana 800 milyon kubmetr təbii qaz tədarük edilib”, - nazir qeyd edib.

Избранный
55
vergiler.az

1Источники