ABŞ-ın keçmiş vitse-prezidenti Dik Çeyni 84 yaşında vəfat edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, onun ailəsi bildirib: “ABŞ-ın 46-cı vitse-prezidenti Riçard B. Çeyni dünən gecə dünyasını dəyişib”.
"Onun son anlarında 61 yaşlı həyat yoldaşı Lin, qızları Liz və Meri və digər ailə üzvləri onun yanında olublar", - bəyanatda deyilir.
Çeyninin ölüm səbəbi pnevmoniya və ürək-damar xəstəliklərindən yaranan ağırlaşmalar olub.
1970-ci illərdə Konqresdə xidmət etdikdən sonra Dik Çeyni prezident Cerald Fordun yanında Ağ Evin Baş Qərargah rəisi vəzifəsində çalışıb. O, 1989-1993-cü illərdə müdafiə naziri və 2001-2009-cu illərdə Corc Buşun dövründə 46-cı vitse-prezident vəzifəsində çalışıb.