RU

“Barselona”nın müdafiəçisi yenidən zədələnib

Bakı. Trend:

“Barselona”nın mərkəz müdafiəçisi Andreas Kristensen zədəsəbəbindən yaxın vaxtlarda komandaya kömək edə bilməyəcək.

Trend xəbərverir ki, danimarkalı futbolçu son vaxtlar əzələ ağrısı səbəbindən“Real” və “Elçe” ilə La Liqa matçlarını buraxmışdı.

Kristensen bərpa prosesinə qayıtdıqdan cəmi bir gün sonrayenidən zədələnib. 29 yaşlı oyunçu bu səbəbdən noyabrın 5-də Bakıvaxtı ilə saat 00:00-da keçiriləcək Çempionlar Liqasının Liqamərhələsinin 4-cü turunun “Brügge”yə qarşı oyununda iştiraketməyəcək.

Qeyd edək ki, Andreas Kristensen cari mövsümdə "Barselona"nınheyətində 9 rəsmi matçda meydana çıxıb.

Məqalədə:
Избранный
24
3
az.trend.az

4Источники