RU

Azərbaycan nümayəndə heyəti Rumıniya Parlamentinin Deputatlar Palatasında olub (FOTO)

Bakı. Trend:

Azərbaycan nümayəndə heyəti Rumıniya Parlamentinin DeputatlarPalatasında mədəniyyət, incəsənət və media üzrə komissiyanın sədriCorc Mihail Neamtsu ilə görüş keçirib. Görüşdə AzərbaycanRespublikasının Audiovizual Şurasının sədri İsmət Səttarov,Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov,AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, AzərbaycanınRumıniyadakı səfiri Qüdsi Osmanov və nümayəndə heyətinin digərüzvləri iştirak ediblər.

Bu barədə Trend-ə Medianın İnkişafı Agentliyindən məlumatverilib.

Görüş çərçivəsində iki ölkə arasında mədəni, humanitar və mediaəməkdaşlığının genişləndirilməsi, eləcə də ictimai diplomatiya,ailə dəyərlərinin qorunması və informasiya təhlükəsizliyisahələrində birgə təşəbbüslərin həyata keçirilməsi məsələlərimüzakirə olunub.

Audiovizual Şuranın sədri İsmət Səttarov çıxışında bildirib ki,audiovizual sahədə əməkdaşlıq xalqlar arasında mədəni, mənəvi vəailə dəyərlərinin təbliği üçün mühüm vasitədir. O vurğulayıb ki,Azərbaycan və Rumıniya bu istiqamətdə televiziya və radiolayihələri, sənədli filmlər və maarifləndirici proqramlarvasitəsilə qarşılıqlı əlaqələri daha da dərinləşdirə bilərlər.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovmedia və kommunikasiya sahəsində innovativ inkişafın təşviqi,yaradıcı sənayelərin potensialının gücləndirilməsi, habelə ailədəyərlərinin cəmiyyətdə təbliği istiqamətində həyata keçirilənislahatlar barədə məlumat verib. O qeyd edib ki, informasiyatəhlükəsizliyinin təmini və daxili media mühitinin müdafiəsisahəsində qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsixüsusi əhəmiyyət daşıyır. Bildirilib ki, rəqəmsal media mühitindəsaxta xəbərlərə qarşı mübarizə həm milli, həm də beynəlxalqsəviyyədə prioritet istiqamətlərdən biri kimi qiymətləndirilir.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev Azərbaycanmediasının beynəlxalq müstəvidə artan nüfuzundan bəhs edərək qeydedib ki, Azərbaycanın zəngin mədəni irsinin, xüsusilə də Şuşa, Bakıvə Naxçıvan kimi mədəni mərkəzlərin Avropada daha geniş tanıdılmasıistiqamətində birgə kommunikasiya layihələri əhəmiyyətli rol oynayabilər.

Mədəniyyət, incəsənət və media üzrə komissiyanın sədri CorcMihail Neamtsu isə Rumıniya ilə Azərbaycan arasında mədəni vəinformasiya sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayaraqbildirib ki, Rumıniya Parlamenti və müvafiq Komissiya ailədəyərlərinin qorunmasına, milli kimliyin və mədəni irsin gələcəknəsillərə ötürülməsinə xüsusi önəm verir. O, Azərbaycanla buistiqamətdə təcrübə və fikir mübadiləsinin hər iki xalqın mədəniəlaqələrinin inkişafına töhfə verəcəyini qeyd edib.

Görüşdə, həmçinin, Rumıniya Parlamentinin Deputatlar PalatasınınSui-istifadələrin, Korrupsiyanın və Müraciətlərin Araşdırılmasıüzrə Komitəsinin sədri Laura Gerasim rəqəmsal mühitdə qanunsuzfəaliyyətlərin, kibercinayətlərin və etik pozuntuların qarşısınıalmaq istiqamətində Rumıniyada həyata keçirilən tədbirlər barədəməlumat verib. O qeyd edib ki, bu sahədə hüquqi mexanizmlərintəkmilləşdirilməsi və media savadlılığının artırılması Rumıniyacəmiyyətində mühüm prioritetlərdəndir.

Səfir Qüdsi Osmanov görüşün strateji tərəfdaşlıq ruhundakeçdiyini vurğulayaraq qeyd edib ki, Azərbaycan və Rumıniyaarasında əməkdaşlıq yalnız siyasi və iqtisadi deyil, həm dəmədəni-humanitar və mənəvi müstəvidə yeni inkişaf mərhələsinə qədəmqoyur.

Görüşün sonunda Corc Mihail Neamtsu öz müəllifi olduğu “TheTrump Phenomenon” adlı kitabı Azərbaycan nümayəndə heyətinə təqdimedib və onu imzalayaraq xatirə hədiyyəsi kimi təqdim edib.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Избранный
35
13
az.trend.az

10Источники