RU

Türkiyəli nazir bütün orqanlarını bağışlayacaq

Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu bütün orqanlarını bağışlayacağını açıqlayıb.

"Yeni Sabah" Teleqraf-a istinadən xəbər verir ki, nazir Ankarada Bilkent Şəhər Xəstəxanasının inzibati binasında Orqan Donorluğu Həftəsi çərçivəsində keçirilən toplantıda çıxışı zamanı bütün orqanlarını bağışlayacağını bildirib.

"Bu, təkcə xeyirxah əməl deyil, həm də başqa bir insana həyat bəxş etməkdir" - K.Memişoğlu bildirib. Toyuqlu pizza

Nazirin açıqlaması sosial şəbəkələrdə müxtəlif reaksiyalara səbəb olub. Bəzi istifadəçilər bu addımı vətəndaş məsuliyyəti nümunəsi kimi qiymətləndirib, bəziləri isə belə bir qərarın İslam normalarına uyğun olmadığını bildirib.


Telegram kanalımız
Избранный
32
5
yenisabah.az

8Источники