Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ilk görüşünə çıxıb.
Paralel.az xəbər verir ki , Faiq Qarayevin rəhbərlik etdiyi komanda İranla üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan millisinin qələbəsi ilə başa çatıb - 3:0 (25:11, 25:16, 26:24).
Qeyd edək ki, millimiz Tacikistan, Türkiyə və Əfqanıstan yığmaları ilə də qarşılaşacaq. Komandamızın növbəti matçı noyabrın 6-da Tacikistan yığmasına qarşı olacaq. Görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта