RU

Putin 97 yaşına qədər hakimiyyətdə qalmaq istəyir

Britaniya mediası: Kreml lideri hakimiyyəti oğluna ötürməyi planlaşdırır...

Poliqon xəbər verir ki, Britaniyanın Daily Star nəşri jurnalist İlya Davlyatçinə istinadən Vladimir Putinin 2050-ci ilə qədər hakimiyyətdə qalmaq niyyətində olduğunu yazıb. Hazırda 72 yaşı olan Rusiya prezidenti həmin vaxt 97 yaşında olacaq. Məlumata görə, Putin bu müddətdən sonra hakimiyyəti on yaşlı oğlu İvana ötürmək planı qurur.

Qeyd edilir ki, 2020-ci ildə dəyişdirilən Rusiya Konstitusiyası Putinə ən azı 2036-cı ilə qədər prezident postunda qalmaq imkanı verir. Bununla o, artıq müharibədən sonrakı dövrdə İosif Stalini geridə qoyub və XX əsrin bir çox diktatorlarını, Kaddafi, Kim İr Sen və Kastronu hakimiyyətdə olma müddətinə görə ötüb.

Daily Star yazır ki, əgər Putin 2050-ci ilə qədər hakimiyyətdə qalmağı bacarsa (bu, çox az ehtimallı sayılır), o zaman tarixi göstəricilərə görə İvan Qroznını da ötəcək.

Mənbənin məlumatına görə, Putin son illərdə ömrün uzadılması və “əbədi liderlik” ideyalarına xüsusi maraq göstərir. O, bu mövzuda Çin prezidenti Si Cinpinlə belə söhbətlər aparıb. Analitiklərin fikrincə, Putinin son illərdəki addımları,o cümlədən konstitusiya islahatları, siyasi rəqiblərə qarşı sərt repressiyalar və güc strukturlarının mərkəzləşdirilməsi hakimiyyətin ailə daxilində ötürülməsi ssenarisinə zəmin yaradır.

Ekspertlər hesab edirlər ki, bu planlar həm Rusiya elitası, həm də Qərb üçün ciddi siqnal sayılır: Putin təkcə hakimiyyətini qorumağa deyil, onu miras kimi ötürməyə çalışır.

Poliqon.info

Избранный
79
2
poliqon.info

6Источники