UEFA Çempionlar Liqasının 2025/2026 mövsümündə ümumi mərhələnin 4-cü turu çərçivəsində keçirilən “Atletiko” (Madrid) – “Union” (Brüssel) oyunu başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma Madridin “Civitas Metropolitano” stadionunda baş tutub və meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İspaniya təmsilçisinin qollarını Xulian Alvares (39), Konor Qallager (73) və Markos Llorente (90+6) vurublar. Qonaqların heyətində Ross Sayks (80) fərqlənib.
Bu qələbədən sonra “Atletiko” 6 xalla ümumi cədvəldə orta pillələrdə qərarlaşıb, “Union” isə 3 xalla turnir cədvəlinin aşağı hissəsində yer alıb.
Növbəti turda “Atletiko” 26 noyabrda “İnter”i, “Union” isə 25 noyabrda səfərdə “Qalatasaray”ı sınağa çəkəcək.