RU

"Liverpul" "Real"a, "Bavariya" PSJ-yə qalib gəldi

style='margin-bottom:10px;'>

Bu gün Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turu start götürüb.

QOL.az xəbər verir ki, ilk oyun günündə 9 matç keçirilib.

Bu gün "Qarabağ"ın mərhələdəki rəqiblərindən 2-si bir-biri ilə üz-üzə gəliblər. “Napoli” “Ayntraxt”ı qəbul edib. Oyunda qol vurulmayıb.

“Arsenal” Çexiyada “Slaviya”nın qonağı olub. Azərbaycanlı FİFA referisi Əliyar Ağayev idarə etdiyi görüş London klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Gecənin ən çox maraqla gözlənilən oyunlarından biri İngiltərədə olub. Burada "Liverpul" "Real"ı sınağa çəkib və 1:0 hesabı ilə qalib gəlib. Turnirin son qalibi  PSJ isə evdə "Bavariya"ya uduzub - 1:2. 

Qeyd edək ki, Azərbaycan təmsilçisi "Qarabağ" sabah Tofiq Bəhramov adına Respublika Stadionunda "Çelsi" ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 4-cü tur

4 noyabr

21:45. "Napoli" (İtaliya) – "Ayntraxt" (Frankfurt, Almaniya) - 0:0

21:45. "Slaviya" (Çexiya) – "Arsenal" (İngiltərə) - 0:3

00:00. "Atletiko" (İspaniya) – "Yunion" (Belçika) - 3:1

00:00. "Budo-Qlimt" (Norveç) – "Monako" (Fransa) - 0:1

00:00. "Yuventus" (İtaliya) – "Sportinq" (Portuqaliya) - 1:1

00:00. "Liverpul" (İngiltərə) – "Real" (İspaniya) - 1:0

00:00. "Olimpiakos" (Yunanıstan) – PSV (Niderland) - 1:1

00:00. PSJ (Fransa) – "Bavariya" (Almaniya) - 1:2

00:00. "Tottenhem" (İngiltərə) – "Kopenhagen" (Danimarka) - 4:0

5 noyabr

21:45. "Pafos" (Kipr) - "Vilyarreal" (İspaniya)

21:45. "Qarabağ" (Azərbaycan) - "Çelsi" (İngiltərə)

00:00. "Ayaks" (Niderland) - "Qalatasaray" (Türkiyə) 

00:00. "Benfika" (Portuqaliya) - "Bayer" (Almaniya)

00:00. "Brügge" (Belçika) - "Barselona" (İspaniya)

00:00. "İnter" (İtaliya) - "Kayrat" (Qazaxıstan)

00:00. "Mançester Siti" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya)

00:00. "Marsel" (Fransa) - "Atalanta" (İtaliya)

00:00. "Nyukasl" (İngiltərə) - ""Atletik" (İspaniya)

Избранный
30
6
teleqraf.com

10Источники