RU

Vaşinqton şatdaun səbəbilə məzuniyyətdə olan məmurları maaşdan məhrum edə bilər

ABŞ prezidenti Donald Trampın administrasiyası hökumətin qismən fəaliyyətinin dayandırılması (şatdaun) dövründə məcburi məzuniyyətə göndərilən əməkdaşlara maaş verməkdən imtina edə bilər.

APA xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti bəzi dövlət qurumlarına göndərilən daxili bildirişə əsasən məlumat yayıb.

Məlumata görə, yalnız şatdaun zamanı maaşsız işləməyə davam edən əməkdaşlar, onun başa çatmasından sonra əməkhaqqı almaq hüququna malikdirlər.

Bununla belə, qəzetə açıqlama verən bir dövlət qulluqçusunun bildirdiyinə görə, bir ay əvvəl göndərilən ilk bildirişdə belə məhdudiyyətlərdən bəhs olunmamışdı.

Qəzetin məlumatına əsasən, bir neçə qurum, o cümlədən Pentaqon və Ticarət Nazirliyi, şatdaun elan edildikdən sonra göndərilən ilk bildirişdə bütün əməkdaşlara, o cümlədən məcburi məzuniyyətə çıxanlara da ödəniş ediləcəyini vəd edib. Lakin ikinci bildirişdə artıq belə təminatlar yer almayıb.

Qeyd edək ki, şatdaun, maliyyələşmənin dayandırılması səbəbilə oktyabrın 1-i gecə yarısı başlayıb.

Избранный
93
1
apa.az

2Источники