RU

1999 cu il teraktının arxasında bu ölkə var idi Sabiq XİN rəhbəri

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“1999-cu il 27 oktyabrda Ermənistan parlamentində baş vermiş gülləbaranın arxasında siyasi məsələlər dayanır”.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zlüfüqarov İTV-nin hazırladığı “Təmas xətti” sənədli filmində deyib.

“Azərbaycan tərəfi Robert Köçaryanı o səviyyəyə gətirdi ki, o, artıq Qarabağın işğalını və ilhaqını tanıdı. İstəyirdi ki,  gələcək sülh sazişi Ermənistanla Azərbaycan arasında imzalansın, amma Rusiya buna razılıq verməmişdi. Burada ziddiyyətli mövqe olub. Belə ki, Qərb dəstək verirdi, amma Rusiya bu proseslərdə iştirak etmədiyinə görə dəstək vermirdi. Sonra parlamentdə güllələnmə oldu və hər şey dayandı”, – o deyib.

Xatırladaq ki, 27 oktyabr 1999-cu il tarixində Ermənistan hökumət üzvlərinin iştirakı ilə keçirilən parlamentin növbəti iclası zamanı bir qrup silahlı zala soxularaq, parlament sədri Karen Demirçyanı, baş nazir Vazqen Sarkisyanı və daha 6 nəfəri – parlament sədrinin müavinləri Yuri Baxşyan və Ruben Miroyan, millət vəkilləri Armenak Armenakyan, Mikayel Kotanyan, Qenrix Abrahamyan və hökumət üzvü Leonard Petrosyanı – güllələyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
89
1
globalinfo.az

2Источники