RU

Brüssel Hava Limanı PUA lara görə bağlanıb

Reyting.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Belçikanın paytaxtı Brüssel şəhərindəki hava limanı naməlum pilotsuz uçan təyyarə hücumu ilə bağlı xəbərə görə bağlanıb. Reyting.az xəbər verir ki, bu barədə “Le Soir” nəşri məlumat yayıb. “Ehtiyat tədbiri olaraq bütün hava hərəkətləri müvəqqəti olaraq dayandırılıb”,- nəşr yazır. Bir neçə reys digər hava limanlarına, o cümlədən Liegeyə yönləndirilib. Səmada, ən azı, bir pilotsuz təyyarənin göründüyü bildirilir.Bir qədər əvvəl xəbər verilmişdi ki, Berlin Brandenburq Villi Brandt Beynəlxalq Hava Limanında naməlum pilotsuz uçan aparatın (PUA) aşkarlanması səbəbindən əməliyyatlar müvəqqəti olaraq dayandırılıb.V. QULİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
16
1
reyting.az

2Источники