RU

Surqutda yanğında dördü uşaq olmaqla yeddi nəfər həlak olub

ain.az bildirir, Xalqcebhesi portalına istinadən.

Rusiyanın Surqut şəhərində bağ evində baş verən yanğın nəticəsində yeddi nəfər, o cümlədən dörd uşaq həyatını itirib.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə “Pribrejnı-1” bağ sahəsində gecə saatlarında baş verib. Yanğınsöndürənlər iki mərtəbəli evdə aparılan axtarış zamanı üç böyüklə dörd uşağın cəsədini tapıblar.

Məlumata görə, faktla bağlı Rusiya İstintaq Komitəsi tərəfindən cinayət işi açılıb. Hadisə “iki və daha çox şəxsin ehtiyatsızlıqdan ölümünə səbəb olma” maddəsi üzrə araşdırılır.

Hazırda istintaq və əməliyyat qrupları hadisə yerində işləyir, yanğının səbəbləri və həlak olanların şəxsiyyəti müəyyənləşdirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
11
2
icma.az

3Источники