RU

"Vətən müharibəsi qəhrəmanları ilə bir gün"

Neftçalada "Konstitusiya və Suverenlik İli" çərçivəsində 8 Noyabr - Zəfər Gününün 5-ci ildönümü münasibətilə rayon icra hakimiyyəti və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə şəhid ailəsi üzvləri və Vətən müharibəsi iştirakçıları ilə yeniyetmə və gənclərin "Vətən müharibəsi qəhrəmanları ilə bir gün" adlı tədbir keçirilib. 

Yuxarı Qaramanlı kənd tam orta ümumtəhsil məktəbində  təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin məsul işçiləri, şəhid ailəsi üzvləri, Vətən müharibəsi iştirakçıları, yeniyetmə və gənclər, təhsil ictimaiyyəti iştirak ediblər.

Çıxış edənlər  qeyd ediblər ki,  8 Noyabr - Zəfər Günü xalqımızın şanlı tarixinin ən parlaq səhifələrindən biridir. 44 günlük Vətən müharibəsi xalqımızın sarsılmaz iradəsini, Vətənə sonsuz sevgisini bir daha nümayiş etdirdi. Şəhidlərimizin canı, qazilərimizin və müharibədə döyüşə atılan bütün əsgərlərimizin fədakarlığı hesabına əldə edilən bu qələbə hər bir azərbaycanlının qəlbində qürur və iftixar hissi yaradır. Müstəqil Azərbaycan gəncliyinin əsas vəzifəsi bu müqəddəs tarixi unutmamaq, dövlətinə, torpağına və bayrağına sədaqətlə xidmət etməkdir. Qeyd olunub ki, bu gün hər bir azərbaycanlının borcu şəhidlərin canı bahasına azad edilən torpaqlarda həyatın yenidən canlanması, dövlətimizin güclənməsi və üçrəngli bayrağımızın daim ucalarda dalğalanması üçün çalışmaqdır.

Sonda məktəblilər şəhidlərin xatirəsinə həsr olunmuş şeir və musiqi kompozisiyaları ilə çıxış ediblər. 

***

Ağstafada da keçirilən eyniadlı tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Seymur Orucov açıb. 

Bildirilib ki, 8 Noyabr - Zəfər Günü Ümummilli Lider Heydər Əliyevin ölkəmizin tərəqqisi, xalqımızın xoşbəxt, firavan gələcəyinə hesablanmış müdrik və uzaqgörən siyasətinin təntənəsidir: "Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin suverenliyi və azadlığı uğrunda ordumuzun sıralarında ağstafalı gənclər də böyük rəşadət göstərmişlər. Qazilərimiz və müharibə veteranlarının iştirakı ilə təşkil olunan görüşlər, tədbirlər tək gənclərimiz üçün deyil, hər kəs üçün əsl qəhrəmanlıq nümunəsi, Vətənə, xalqa, müqəddəs bayrağımıza bəslənilən sonsuz məhəbbətin təcəssümüdür".

Sonra Vətən müharibəsi qazisi Fərid Əsgərov çıxış edərək ölkəmizin azadlığı uğrunda keçdiyi döyüş yolundan xatirələrini bölüşüb və şəhid ailələrinin üzvlərinə və müharibə iştirakçılarına dövlətimizin göstərdiyi yüksək qayğıdan söz açıb. 

"Azərbaycan"

Избранный
31
azerbaijan-news.az

1Источники