Xətai rayonu, Zığ şosesi ilə İnqilab Hüseynov küçəsinin kəsişməsində texniki nasaz yük avtomobili yolda qalıb.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin News365.az-a verdiyi məlumata görə, bu səbəbdən mərkəz istiqamətində sıxlıq yaranıb. Sıxlığı aradan qaldırmaq üçün qaldırıcı kranlar əraziyə cəlb edilib. Hazırda polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.
***
Məlumat yeniləndi. Araşdırma zamanı yük avtomobilinin qəza edərək aşdığı məlum oub. Xahiş edirəm məlumatlarda düzəliş edilər.