RU

Navalnının Polşadakı silahdaşı Rusiya FSB-sinin agenti çıxdı – Arvadı “satdı”

Rusiyanın mərhum müxalifət lideri Aleksey Navalnının yaxın adamı Rusiya Xüsusi Xidmətinin agenti çıxıb.

Musavat.com xəbər verir ki, “Açıq Rusiya”nın keçmiş koordinatoru və Navalnının qərargahının keçmiş işçisi İqor Roqovun Rusiya Federal Təhlükəsizlik Xidmətinə işlədiyini onun həyat yoldaşı üzə çıxarıb. O, ərinin başqa qadınla münasibətdə olduğunu öyrəndikdən sonra Polşa hüquq-mühafizə orqanlarına müraciət edərək siyasi mühacir sayılan Roqovun FSB-yə işlədiyinə dair sübutlar təqdim edib.

Sübut olaraq, o, ərinin ona Avropadakı rus mühacirləri haqqında məlumat olan fləş-disk verdiyini, sonra isə özünün şəxsən onu Rusiya əks-kəşfiyyatının rəhbərinə təhvil vermək üçün Rusiyaya apardığını danışıb.

Roqov Polşa polisində özü Rusiya kəşfiyyat xidmətləri ilə əməkdaşlıq etdiyini etiraf edib. Onun sözlərinə görə, o, "sadəcə mühacirlərlə ünsiyyət qurub və hər şeyi FSB-yə bildirib".

İndi o və həyat yoldaşı İrina səkkiz ildən ömürlük həbs cəzasına qədər ağır cəza ilə üzləşəcəklər.

Musavat.com

Избранный
35
1
musavat.com

2Источники