ain.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Qarabağ”ın U-19 komandası bu gün UEFA Gənclər Liqasında növbəti oyuna çıxacaq.
Futbolpress.az xəbər verir ki, Rəşad Sadiqovun yetirmələri “Çelsi”nin U-19 kollektivi ilə qarşılaşacaq. “Azersun Arena”da baş tutacaq görüşə saat 15:00-da start veriləcək.
“Qarabağ”ın U-19 komandası Gənclər Liqasında bundan əvvəl “Benfika”ya 1:7, “Kopenhagen”ə 0:5, “Atletik”ə isə 0:3 hesabıyla uduzub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.