RU

Təlim maşını ilə ötmə edən sürücü iki avtomobilə təhlükə yaratdı VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakıda yol hərəkəti qaydasının pozulması nəticəsində təhlükəli vəziyyət yaranıb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxt yollarının birində qeydə alınıb. Belə ki, 90-LE-064 qeydiyyat nişanlı "Opel" markalı avtomobildə təlim keçən sürücü ötmə qaydasını düzgün yerinə yetirməyib. Bu səbəbdən həm qarşıdan gələn, həm də sağ zolaqda təlim keçən digər avtomobilə təhlükəli vəziyyət yaradıb. Qarşıdan gələn avtomobilin sürücüsü sürəti kəskin şəkildə azaldaraq qəzadan yayına bilib.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
47
avtosfer.az

1Источники