RU

Keçmiş nazir ilk dəfə istefasının pərdəarxasını danışdı


"Biz yaddan çıxarmamalıyıq ki, o vaxtlar Rusiyada da çox mürəkkəb proseslər gedirdi. Bu proseslərdə Azərbaycanın maraqları ondan ibarət idi ki, Qərb və Rusiya arasındakı ziddiyyətlərdən istifadə edib ziyanımıza olan məsələləri neytrallaşdırsın".

News365.az xəbər verir ki, bunu İctimai Televiziyanın efirində yayımlanan "Təmas xətti" verilişində sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycanın 1999-cu ildə NATO-nun tədbirində iştirak etməsindən danışarkən deyib.

"Məhz ona görə cənab Prezident mənə təlimat verib ki, çox məsələləri açıqlama, proseslər bu şəkildə getsin ki, sonra bunun nəticəsini başa düşsünlər. Bəzi məqamlarda müxtəlif fikirlər səslənir ki, biz niyə görə istefa verdik? Bunun da böyük proseslərin tərkib hissəsi olmasını istisna etmirəm", - deyə sabiq nazir əlavə edib.

Избранный
8
7
news365.az

8Источники